Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Kremldə keçirilən üçtərəfli görüşü başa çatıb, görüş təxminən 20 dəqiqə davam edib. Bu barədə “İnterfaks” agentliyinin müxbiri məlumat verir.
Üçtərəfli danışıqlardan əvvəl Vladimir Putinin Azərbaycan prezidenti Ilham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla ayrı-ayrı görüşləri olub. Sonra liderlər birlikdə «dəyirmi masa» arxasında görüşüblər.
Görüşü giriş sözü ilə açan RF prezidenti qeyd edib ki, bundan əvvəl liderlər qapalı formatda söhbət ediblər. **