Mayın 26-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstana işgüzar səfərə gedib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Z.Həsənov Gürcüstanın Müstəqillik Günü münasibətilə keçirilən hərbi paradda fəxri qonaq qismində iştirak edəcək.
Səfər Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladzenin dəvəti ilə həyata keçirilir.*
R.Kərimov