“Azərişıq” ASC Tovuz rayonu ərazisində 110/35/10 kV-luq “Tovuz Şəhər” yarımstansiyasının yenidən qurulması, giriş-çıxış xətlərinin satın alınması üzrə açıq tender elan edib.
Tenderdə iştirak haqqı 850 manatdır.
Tender təklifləri 17 iyul saat 15:00-dək qəbul olunur.
Tender proseduru 18 iyul saat 15:00-da baş tutacaq.
“Azərişıq” ASC-nin funksiyalarına Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatı daxildir.*
B.Rüstəmbəyov