NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.
“Xarici işlər naziri Ceyhun Bayramov və Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşlər zamanı NATO və Azərbaycan arasında ikitərəfli əməkdaşlığı, Azərbaycanın enerji təhlükəsizliyindəki rolunu və son danışıqlardan sonra sülh prosesinin hazırkı vəziyyətini müzakirə etdik”, - deyə o, bu gün “Twitter” hesabında yazıb.
Kolomina əlavə edib ki, NATO Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesini dəstəkləyir.*
R.Kərimov