Dağıstan turoperatorları respublikanın turizm potensialını Azərbaycanda təqdim edəcəklər.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, Dağıstan İxraca Dəstək Mərkəzi mayın 26-dan 30-dək turoperatorların Azərbaycana biznes missiyasını təşkil edir.
Mərkəzin rəhbəri Ruslan Abaskuliyevin sözlərinə görə, biznes missiya çərçivəsində bir neçə istiqamətdə əməkdaşlıq variantlarının müzakirəsi planlaşdırılır.
“Biznes missiyanın əsas məqsədi Dağıstanın turizm potensialını təqdim etməkdir. Həmçinin turizm şirkətlərimizin Azərbaycandan olan həmkarları ilə qarşılıqlı turların təşkili ilə bağlı işgüzar danışıqlar aparmaq imkanı olacaq”, - deyə o bildirib.
Bundan başqa, biznes missiyanın proqramına bir sıra sazişlərin, o cümlədən Dağıstanın Azərbaycandakı “şou-rumu” ilə xarici idxalçılara təqdim olunan brend və malların siyahısının genişləndirilməsi ilə bağlı sazişin imzalanması daxildir.*
B.Rüstəmbəyov