Azərbaycanda koronavirus infeksiyasına 14 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 831 min 803-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 9 yoluxma faktı qeydə alınmışdı.
Son sutka ərzində COVID-19-dan ölüm halı qeydə alınmayıb. Ölənlərin ümumi sayı 10 min 273 nəfər təşkil edir.
Virusa yoluxmuş 821 min 442 nəfər (sutka ərzində +11) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 88 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 659 (ötən gün 1148 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 616 min 735 test aparılıb.*
R.Kərimov