Tovuz rayonu ərazisində 75 yaşlı kişi minaya düşüb.
“Kənd sakini 1948-ci il təvəllüdlü Abdulla Ələsgərovun minaya düşməsi barədə Tovuz Rayon Polis Şöbəsinə məlumat daxil olub. Dərhal polis əməkdaşları hadisə yerinə gələrək A.Ələsgərovu xəstəxanaya çatdırıblar”, - deyə DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib.
Məlumata görə, A.Ələsgərov sol ayağından xəsarət alıb. Hazırda xəstəxanada müalicəsi davam etdirilir.*
V.Əliyev