Kiyev Berlindən 500 km-ə qədər uçuş məsafəsi olan “Taurus” qanadlı raketləri istəyib. Bu barədə DPA agentliyi Almaniya Müdafiə Nazirliyinə istinadən xəbər verir.
“Son günlərdə Ukrayna tərəfdən müvafiq sorğu daxil olub”, - deyə məlumatda bildirilir.
“Frankfurter Allgemeine Zeitung” nəşri mənbələrə istinadən yazır ki, mayın əvvəlində Ukrayna Prezidenti Volodimir Zelenski Berlinə səfəri zamanı bu barədə kansler Olaf Şoltsla danışıb. Kanslerin sözçüsü bu haqda şərh vermək istəmir, lakin Federal Müdafiə Nazirliyi Ukraynanın “Taurus” üçün müraciət etdiyini təsdiqləyir”, - deyə məlumatda qeyd olunur.*
V.Əliyev