Azərbaycanda koronavirus infeksiyasına 9 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 831 min 812-yə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 14 yoluxma faktı qeydə alınmışdı.
Son sutka ərzində COVID-19-dan ölüm halı qeydə alınmayıb. Ölənlərin ümumi sayı 10 min 273 nəfər təşkil edir.
Virusa yoluxmuş 821 min 451 nəfər (sutka ərzində +9) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 88 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1160 (ötən gün 659 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 617 min 895 test aparılıb.*
V.Əliyev