İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiyaya yardımla bağlı İranın ünvanına səsləndirdiyi fikirləri tənqid edib. Bu barədə ISNA agentliyi xəbər verir.
Diplomat qeyd edib ki, “Ukrayna dövlət başçısının İrana qarşı yalan iddiaları təkrarlaması Qərb ölkələrindən mümkün qədər çox silah və maliyyə yardımı cəlb etmək məqsədi daşıyan antiiran təbliğatı və media müharibəsinə uyğundur”.
Bu həftə Zelenski iranlılara müraciət edərək Rusiyanı dəstəkləməyə son qoymağa çağırıb, çünki bu, İranın daha da təcrid olunmasına gətirib çıxaracaq.*
V.Əliyev