Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası Bakının şərtləri əsasında olmalıdır. Bunu Prezident İlham Əliyev deyib.
“Sərhədlərin delimitasiyası bizim şərtlərimiz əsasında, yəni, ədalətli şərtlər əsasında olmalıdır. Sülh müqaviləsi beynəlxalq şərtlər əsasında olmalıdır, Naxçıvana yolumuz açılmalıdır və Qarabağda hələ də kök salmış Ermənistan ordusunun nümayəndələri oradan çıxarılmalıdır. Bunlar bizim şərtlərimizdir”, - deyə dövlət başçısı mayın 28-də Laçında bu rayondan olan sakinlərlə görüşdə söyləyib.
Onun sözlərinə görə, son iki il yarım ərzində bölgədə baş vermiş hadisələr Qarabağ ermənilərini xülyadan ayıltmalıdır.
“Azərbaycanla Ermənistan arasında ərazi bütövlüyü prinsipi əsas tutularaq sülh müqaviləsi imzalanmalıdır”, - deyə Əliyev əlavə edib.*
R.Əhmədov