ABŞ prezidenti Co Bayden Rəcəb Tayyib Ərdoğanı Türkiyə prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib.
"Prezident Ərdoğanı yenidən seçilməsi münasibətilə təbrik edirəm. NATO müttəfiqi olan onunla ikitərəfli və beynəlxalq məsələlər üzərində fəaliyyətimi davam etdirməyə hazıram", - Bayden sosial şəbəkədə yazıb. **