Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan seçkilərdə qələbə qazandıqdan sonra həmvətənlərini birləşməyə və birlikdə ölkənin xeyrinə işləməyə çağırıb.
“Bu gün məğlub olan yoxdur, 85 milyon sakinin hər biri qalib oldu. İndi biz birləşməliyik, ölkəmiz üçün vacib olan məsələlər üzərində çalışmalıyıq, arzularımızı reallığa çevirməliyik”, - o, Ankarada çıxışı zamanı bəyan edib.
“Anadolu” agentliyi qeyd edir ki, Ərdoğan Qərb mediasının Türkiyənin seçkiöncəsi kampaniyasını necə işıqlandırdığını tənqid edib.
Ərdoğanın sözlərinə görə, həmin KİV-lər onu «məhv etməyə» çalışıb. «Onlar məğlub oldular», - Türkiyə prezidenti əlavə edib.
O, təcili problemlərin həlli, xüsusilə inflyasiyanın nəticələrinə qarşı mübarizə aparacağına söz verib. **