Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Rusiya və Belarusun 2024-cü ildə Estoniyanın sədrliyini təsdiqləmək istəməməsi səbəbindən altı ay ərzində böhran qarşısındadır.
“Əgər 2024-cü ildə sədr və bununla əlaqədar konsensus olmasa, o zaman gələn il ATƏT-in təşkilat kimi dağılması ili olacaq”, - Finlandiyanın Yle teleradioyayım portalı XİN başçısı Pekka Haavistonun sözlərindən sitat gətirir.
Onun sözlərinə görə, “vəziyyət ciddidir”. O, ATƏT-in 2025-ci ildə Finlandiya sədr vəzifəsini tutmazdan əvvəl dağıla biləcəyi ilə bağlı qorxularını dilə gətirib.
Təşkilatın qaydalarına əsasən, rotasiya olunan sədr 57 üzv dövlətin hər biri tərəfindən təsdiqlənməlidir. Lakin Rusiya və Belarus gələn il Estoniyanın sədr vəzifəsinə namizədliyini təsdiqləməyib, Estoniya isə öz namizədliyindən imtina etməyə hazır deyil. **