Ermənistanın baş naziri Nikol PaşinyanTürkiyədə keçirilən prezident seçkilərindən sonra Ankara ilə münasibətlərin nizamlanmasına ümid edir.
“Türkiyədə prezident seçkilərindən sonra Ermənistan-Türkiyə münasibətlərinin nizamlanmasına ümid edirəm. Ümid edirəm ki, Türkiyə ilə təbii məcrada münasibətlərimizin nizamlanması prosesini davam etdirə biləcəyik. Bu, gündəliyimizin ən vacib məsələlərindən biridir”, - Paşinyan bazar ertəsi parlamentdə bildirib.
Onun sözlərinə görə, sülh xarici təhlükəsizliyin yeganə qarantıdır. “Başqa heç nə xarici təhlükəsizliyə zəmanət vermir”, - Paşinyan qeyd edib. **