Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi Qazaxıstanın Bakıda yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Alim Bayelin etimadnaməsini qəbul edib.
“Səfir etimadnaməsini dövlət başçısına təqdim etdi”, - Azərbaycan prezidentinin saytında məlumat verilir.
Əliyev diplomatla söhbət zamanı hazırda Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsinin və daşımalarının həcminin artırılması istiqamətində fəal danışıqların getdiyini qeyd edib.
Prezident nəqliyyat-logistika sahəsinin iqtisadi əlaqələrimizin əsas istiqamətlərindən biri olduğunu dedi və həyata keçirilən birgə infrastruktur layihələrinin yükdaşımaların həcminin genişlənməsi üçün yaxşı imkan yaratdığını vurğuladı.
Bundan başqa, dövlət başçısı gəmiqayırma müəssisələrinin imkanlarından istifadə olunmasının önəmini qeyd etdi və bir müddət bundan əvvəldən başlayaraq Qazaxıstandan neftin Azərbaycan ərazisindən nəql olunmasının əhəmiyyətini vurğuladı və “bunun energetika sahəsində əməkdaşlığı genişləndirmək işinə mühüm töhfə verdiyini” əlavə etdi.
Öz növbəsində, Bayel Azərbaycanla Qazaxıstan arasında ikitərəfli münasibətlərin bundan sonra da inkişaf etdirilməsində səylərini əsirgəməyəcəyini qeyd etdi.
Diplomatın sözlərində görə, iki ökə arasında əlaqələrin genişlənməsində iqtisadi-ticari sahədə qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi və ölkələrimiz, eyni zamanda, digər regionlar üçün böyük geoiqtisadi önəm daşıyan layihələrin həyata keçirilməsi prioritetdir. Bu xüsusda Transxəzər beynəlxalq nəqliyyat dəhlizinin inkişaf etdirilməsini, Xəzər dənizinin dibi ilə fiberoptik rabitə xəttinin çəkilməsini, Qazaxıstan neftinin ixracının şaxələndirilməsini xüsusilə qeyd etdi.
Görüşdə Azərbaycanla Qazaxıstanın beynəlxalq təşkilatlarda, o cümlədən Türk Dövlətləri Təşkilatı çərçivəsində səmərəli əməkdaşlıq etdiyi vurğulandı. **
N.Abbasova