RF prezidenti Vladimir Putin ilə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı olub. Bu barədə bazar ertəsi Kremlin mətbuat xidmətindən məlumat verilib.
"Vladimir Putin Rəcəb Tayyib Ərdoğanı yenidən dövlət başçısı seçilməsi münasibətilə səmimi qəlbdən təbrik edərək Rusiya-Türkiyə münasibətlərinin konstruktiv və qarşılıqlı faydalı şəkildə inkişafına verdiyi böyük töhfəni vurğulayıb. Qeyd olunub ki, türk xalqının öz liderinə göstərdiyi dəstək müxtəlif istiqamətlərdə praktiki ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün əlavə perspektivlər açır", - məlumatda deyilir.
"Öz növbəsində, təbriklərə görə təşəkkür edən Türkiyə Respublikasının prezidenti, bütün aktual gündəliyə dair gələcəkdə birgə fəaliyyətə hazır olduğunu təsdiqləyib”, - məlumatda qeyd olunub.
Mətbuat xidmətindən verilən məlumata görə, şəxsi təmasların davam etdirilməsinə dair razılıq əldə olunub. **