Ukrayna prezidenti Vladimir Zelenski bazar günü prezident seçkilərində qələbə qazanan Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla telefonla danışıb.
“Türkiyə prezidenti Ərdoğanla söhbət etdim. Seçkilərdə qazandığı qələbə münasibətilə onu təbrik etdim. Əminəm ki, gələcək əməkdaşlığımız – Ukrayna və Türkiyənin – bütün səviyyələrdə insanlarılmıza və beynəlxalq stabilliyə daha çox fayda gətirəcək”, - Zelenski bazar ertəsi videomüraciətdə deyib.
«Bölgəmizin və bütün Avropanın təhlükəsizliyini, dünya ərzaq təhlükəsizliyini, beynəlxalq hüququn fundamental normalarını birlikdə müdafiə etmişik, edirik və edəcəyik”, - Ukrayna prezidenti əlavə edib. **