Azərbaycan hökuməti 2023-cü il dövlət büdcəsində neftin bir barelinin baza qiymətini 60 ABŞ dollarına qədər artırmağı təklif edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Maliyyə Nazirliyindən bildirilib.
2023-cü il dövlət büdcəsində neftin bir barelinin baza qiyməti 50 ABŞ dolları məbləğində müəyyən edilib.
“2023-cü il dövlət büdcəsinə dəyişikliklər layihəsi Milli Məclisə təqdim olunub. Bu dəyişikliklərə əsasən, neftin bir barelinin baza qiymətinin 60 ABŞ dollarına qədər artırılması təklif olunur”, – deyə nazirlikdən qeyd ediblər.
Maliyyə Nazirliyinin məlumatına görə, 2023-cü ilin yanvar-aprel aylarında “Azeri Light” markalı neftin bir barelinin orta qiyməti $85,8 təşkil edib.*
A.Əzizov