ABŞ dövlət katibinin enerji resursları üzrə köməkçisi Cefri Pyatt Bakıya səfərə gəlib. Bu barədə bu gün ABŞ-ın Azərbaycandakı səfirliyindən bildirilib.
Daha əvvəl ABŞ Dövlət Departamentindən verilən məlumata görə, Pyatt 30 may-2 iyun tarixinədək Azərbaycanda səfərdə olacaq. O, Bakıda olarkən Neft və Qaz Sərgisi, Xəzər Beynəlxalq Enerji və Yaşıl Enerji Sərgisi və Bakı Enerji Forumundan ibarət olan 28-ci illik Bakı Enerji Həftəsində iştirak edəcək. ABŞ dövlət katibinin köməkçisi enerji təhlükəsizliyi və bərpa olunan enerji mənbələrindən istifadənin artırılması imkanlarını müzakirə etmək üçün Azərbaycan hökumətinin rəsmiləri ilə görüşəcək.
Pyatt, həmçinin Azərbaycanda digər ölkələrin və təşkilatların enerji rəsmiləri ilə də görüşəcək.*
Xəbərlər şöbəsi