Vaşinqton iyunun 1-də Kişinyovda Avropa Siyasi İcmasının sammiti çərçivəsində Azərbaycan və Ermənistan liderləri İlham Əliyev ilə Nikol Paşinyan arasında keçiriləcək görüşü Bakı ilə İrəvanın fikir ayrılıqlarının danışıqlar masasında həllinə doğru addım kimi dəyərləndirir. Bu barədə ABŞ Dövlər Departamentinin nümayəndəsi Metyu Miller bəyan edib.
“Daha sonra cari həftə Ermənistan və Azərbaycan liderləri Kişinyovda Avropa tərtəfdaşlarımıala görüşəcəklər (iyunun 1-də Avropa Siyasi İcmasının sammiti çərçivəsində - İF) və ümid edirik ki, bu, zorakılıq yolu ilə deyil, danışıqlar masasında bu məsələlərin həlli üçün məhsuldar addım olacaq", - ABŞ Dövlət Departamentinin saytında Millerin sözlərindən sitat gətirilir.
Onun fikrincə, aqressiv ritorika yalnız zorakılığın davam etdirilməsinə qadirdir, konstruktiv dialoq - «sülh, əlverişli imkanlar və ümid yarada bilər».
Dövlət Departamentinin nümayəndəsinin sözlərinə görə, ABŞ Azərbaycan-Ermənistan danışıqlarının davam etdirilməsinə sevinir. “Dövlət katibi (ABŞ-ın Antoni – İF-Az) Blinkenin bəyan etdiyi kimi, Cənubi Qafqazda sülhə nail olmaq mümkündür. Bu yaxınlarda baş nazir Paşinyana sülhə sadiqliyinə görə təşəkkürümüzü bildirdik və prezident Əliyevin amnistiya məsələsinə baxılması ilə bağlı bu yaxınlarda verdiyi açıqlamaları alqışlayırıq", - o bəyan edib.
Miller bildirib ki, Birləşmiş Ştatlar sülh sazişi imzalamaq məqsədilə hər iki tərəfin səylərini dəstəkləməyə hazırdır. **
R.Kərimov