Azərbaycan 2023-cü ilin sonunadək Macarıstan və Serbiyayaa qaz nəqlinə başlamağı ümid edir. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
"Hazırda biz Bolqarıstan vasitəsilə imkanları (nəql - İF) qiymətləndiririk və əminəm ki, tezliklə (qaz - İF) qonşu ölkələrə (onunla - İF) tədarük etməyə başlayacağıq... Əgər hər şey yenidən cədvələ uyğun gedərsə və planlaşdırılan bütün interkonnektorlar vaxtında inşa edilərsə, o zaman cari ilin sonuna qədər qazımız Macarıstana və Serbiyaya daxil ola biləcək", - Əliyev çərşənbə günü 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılış mərasimində çıxışında deyib.
Onun sözlərinə görə, Azərbaycan Avropaya qaz nəqlini artırır. Xüsusilə, əgər 2021-ci ildə bu həcm 8 milyard kubmetr təşkil edibsə, cari il bu rəqəm təqribən 12 milyard kubmetrə çatıb.
Əliyev əlavə edib ki, Azərbaycan 2027-ci ilədək Avropaya tədarükün ən azı 20 milyard kubmetrə qədər artırılması üçün potensiala malikdir.
Xəbər verildiyi kimi, Azərbaycan 31 dekabr 2020-ci ildən etibarən Avropaya qaz nəqlinə başlayıb. Hazırda Azərbaycan qazı Avropada İtaliya, Yunanıstan, Bolqarıstan və Rumıniyaya nəql olunur. **
R.Kərimov