Tamerlan Tağıyev Azərbaycanın Türkiyədə ticarət nümayəndəsi təyin edilib.
“İnterfaks-Azərbaycan” agentliyi mənbələrə istinadən xəbər verir ki, bu təyinatdan öncə Tağıyev İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4 SİM) icraçı direktoru olub.
Mənbənin məlumatına görə, 2019-2022-ci illərdə Azərbaycan Hökumətini Avropa Şurasının Süni İntellekt Komitəsində təmsil edən Fariz Cəfərov Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru vəzifəsini icra edəcək. **
X.Nəsirzadə