Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan yaxın perspektivdə ikitərəfli görüş keçirməyi planlaşdırırlar.
"Putin cənab Ərdoğanı seçkilərdəki qələbəsi, Türkiyə Respublikasının prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə zəng edib təbrik edərkən prezidentlər qarşıdakı perspektivdə ikitərəfli görüş keçirmək niyyətlərini təsdiqləyiblər. Harada və dəqiq nə vaxt olacaq, bunu iki prezidentin cədvəlləri nəzərə alınmaqla razılaşdırmaq lazımdır. Lakin belə anlayış var ki, biz artıq bu görüşə hazırlaşırıq", - Peskov çərşənbə günü jurnalistlərə bildirib. **