Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ilə Pakistanın neft üzrə dövlət naziri Musadik Məsud Malik arasında danışıqlar aparılıb.
“Pakistan İslam Respublikasının neft üzrə dövlət naziri Musadik Məsud Malik ilə Azərbaycan-Pakistan qitisadi əlaqələrinin mövcud vəziyyətini müzakirə etdik. Qarşılıqlı ticarət və investisiyaların təşviqinin, energetika, tranzit-logistika və sənaye sahələrində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğuladıq”, - Cabbarov danışıqların yekunlarına dair sosial şəbəkələrdə yazıb. **
R.Əhmədov