Azərbaycanın energetika naziri Pərviz Şahbazovməlumat verib ki, çərşənbə günü Bakıda Avropa Komissiyası enerji siyasəti strategiyası və koordinasiya üzrə direktoru Kristina Lobillo Borrero ilə görüşüb, tərəflər enerji əməkdaşlığı çərçivəsində növbəti addımları razılaşdırıblar.
“Borrero ilə görüş zamanı Cənub Qaz Dəhlizinin (SGC) genişləndirilməsi, Xəzər-Avropa Yaşıl Enerji Dəhlizinin yaradılması və Enerji Dialoqu çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə etdik. Növbəti addımlar müəyyənləşdirilib”, - Şahbazov Twitter hesabında yazıb. **
R.Əhmədov