2023-cü ilin yanvar-aprel aylarında Azərbaycanın 20 iri dövlət və özəl şirkəti tərəfindən qeyri-neft məhsullarının ümumi ixrac həcmi $792,35 milyon təşkil edib. “İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
2023-cü ilin yanvar-aprel aylarında dövlət şirkətləri arasında “Azərenerji” ASC ($313,5 milyon), özəl şirkətlər arasında isə “MKT İstehsalat Kommersiya” MMC ($33,4 milyon) qeyri-neft məhsullarının ən iri ixracatçısı olub.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısında aşağıdakı şirkətlər də təmsil olunur: SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi ($121,5 milyon), “SOCAR Polymer” MMC ($100,2 milyon), “Azəralüminium” MMC ($45,4 milyon), “AzerGold” QSC ($31,2 milyon), “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC ($6,1 milyon), “Azərbaycan Hava Yolları” QSC ($4,2 milyon), “Azərbaycan Dəmir Yolları” QSC ($1,1 milyon), “Şəki Şərab” MMC ($822,9 min), “Azəripək” MMC ($727,1 min).
Qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin siyahısına isə “Azerbaijan International Mining Company” ($26,4 milyon), “STP Global Cable” MMC ($18,4 milyon), “P-Agro” MMC ($12,8 milyon), “Baku Steel Company” MMC ($22,3 milyon), “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC ($12,4 milyon), fiziki şəxs Şirinov Elvin Valeh oğlu ($11,9 milyon), “Mors Trading” MMC ($11,1 milyon), «Best Logistik» MMC - $10 milyon, «Khan-El» - $8,9 milyon daxildir.
Azərbaycan 2023-cü ilin yanvar-aprel aylarında $1,2 milyard məbləğində qeyri-neft məhsulları (2022-ci ilin müvafiq dövrü ilə müqayisədə artım 21,2%) ixrac edib.**
N.Abbasova