Çərşənbə günü Moskvada Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov və Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzinin iştirakı ilə Azərbaycan-Rusiya məsləhətləşmələr keçirilib. Bu barədə Rusiya XİN-dən məlumat verilir.
XİN-dən qeyd olunub ki, görüş zamanı “Rusiya-Azərbaycan əməkdaşlığının vəziyyəti və perspektivləri, o cümlədən cari gündəlikdəki ən aktual məsələlər predmetli şəkildə və müttəfiqlik ruhunda nəzərdən keçirilib”.
"Mayın 25-də Moskvada Ali Avrasiya İqtisadi Şurası çərçivəsində Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında keçirilən təmaslar fonunda onların əldə etdikləri bütün üçtərəfli razılaşmaların ardıcıl şəkildə həyata keçirilməsinin vacibliyi xüsusi vurğulanıb", - Rusiya XİN-dən əlavə edilib. **
İnformasiya şöbəsi