Çərşənbə günü Bakı şəhərində Azərbaycan və Pakistan Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.
“Siyasi məsləhətləşmələr zamanı iqtisadiyyat, ticarət, kənd təsərrüfatı, təhsil, mədəniyyət, energetika, turizm və digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb”, - XİN-in məlumatında deyilir.
Qeyd olunur ki, söhbət zamanı “Azərbaycan-Pakistan əlaqələrinin bugünkü yüksək səviyyəsindən” məmnunluq ifadə edilib.
Nümayəndə heyətinə Azərbaycan tərəfindən başçılıq edən xarici işlər nazirinin müavini Elnur Məmmədov Cənubi Qafqazda mövcud vəziyyət, Qarabağ və Şərqi Zəngəzurda bərpa və quruculuq işləri barədə həmsöhbətlərinə məlumat verib. **
İnformasiya şöbəsi