Çərşənbə günü Kişineuda Azərbaycan prezidenti İlham Əliyevin Moldova prezidenti Maya Sandu ilə görüşü olub, görüşdə Azərbaycan-Moldova münasibətlərinin perspektivləri müzakirə edilib. Bu barədə Azərbaycan liderinin saytında məlumat verilir.
“Görüşdə ölkələrimiz arasında münasibətlərin yaxşı səviyyədə olduğu qeyd edildi, enerji, investisiyalar və digər istiqamətlərdə əməkdaşlıq məsələlərinə toxunuldu, əlaqələrimizin perspektivləri müzakirə olundu”, - məlumatda vurğulanır.
Söhbət zamanı “iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulandı, bu istiqamətdə səylərin artırılmasının vacibliyi qeyd edildi”.
Məlumatda deyilir ki, görüşdə Azərbaycanın və Moldovanın bir-birinin ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədikləri vurğulandı.
Əliyev iyunun 1-də “Avropa siyasi birliyi”nin Zirvə toplantısının Moldovada keçirilməsi ilə bağlı Sanduya təbriklərini çatdırdı.
Öz növbəsində, Sandu Zirvə toplantısı çərçivəsində dövlətimizin başçısının Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin dəstəyi ilə Azərbaycan prezidentinin, Ermənistanın baş nazirinin, Almaniya kansleri və Fransa prezidentinin iştirakı ilə keçiriləcək beştərəfli görüşünü müsbət addım kimi qiymətləndirdi.
Əliyev Sandunu Azərbaycana səfərə dəvət etdiş Moldova prezidenti dəvət qəbul edib.
Xəbər verildiyi kimi, Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü “Avropa siyasi birliyi”nin 2-ci Zirvə toplantısında iştirak üçün Moldovaya səfərə gəlib. Gözlənildiyi kimi, tədbir çərçivəsində Avropa İttifaqı Şurasının prezidenti, Azərbaycan prezidenti, Ermənistanın baş naziri, Almaniya kansleri və Fransa prezidentinin iştirakı ilə beştərəfli görüş keçiriləcək. **
İnformasiya şöbəsi