Rusiyanın Turoperatorlar Assosiasiyasının (ATOR) araşdırmalarına əsasən, 2023-cü ilin yayında təxminən 5 milyon rusiyalı turistin xarici ölkələrə istirahətə gedəcəyi gözlənilir, bu isə 2022-ci ilin göstəricisindən 42% çoxdur.
Əlbəttə ki, satışların lideri Türkiyə olacaq. Turoperatorların məlumatına görə, səfər turlarının bronlaşdırılmasındaTürkiyənin payı 67% təşkil edir.
"Yay ərzində turoperatorlar bir neçə min nəfəri Yunanıstana, İtaliyaya və Fransaya, Aralıq dənizi və Fars körfəzi üzrə dəniz kruizlərinə göndərəcəklər. Bir sıra bazar oyunçuları Yaponiya, Koreya, Qətər, Azərbaycan və Qazaxıstana (Xəzərdə istirahət) marağın artdığını qeyd edirlər", - ATOR –dan qeyd ediblər.
Assosiasiyanın məlumatına görə, 2022-ci ilin yayı ilə müqayisədə xarici istirahət üçün orta qəbz əsas çıxış istiqamətlərində 15%-dən 50%-ə qədər artıb. **