Çərşənbə günü Azərbaycan prezidenti İlham Əliyev Kişineuda Moldovanın baş naziri Dorin Reçan ilə görüşüb. Bu barədə Azərbaycan liderinin saytında məlumat verilir.
“Söhbət zamanı ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğu qeyd edildi, iqtisadi-ticari əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğu bildirildi”, - məlumatda deyilir.
Görüşdə hazırkı ticarət dövriyyəsinin qənaətbəxş olmadığı qeyd edildi. Ticarət dövriyyəsinin şaxələndirilməsinin vacibliyi diqqətə çatdırıldı. Bu xüsusda hökumətlərarası komissiyanın fəaliyyətinin daha da intensivləşdirilməsinin əhəmiyyəti vurğulandı.
Söhbət zamanı həmçinin Bakı ilə Kişineu arasında kənd təsərrüfatı, elektroenergetika, sərmayələr, infrastruktur layihələri ilə bağlı və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğu qeyd edildi.
“Əliyev Reçanı Azərbaycana səfərə dəvət etdi. Moldovanın baş naziri bu dəvəti qəbul edib”, - məlumatda vurğulanır
Xəbər verildiyi kimi, Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü “Avropa siyasi birliyi”nin 2-ci Zirvə toplantısında iştirak üçün Moldovaya səfərə gəlib. **
İnformasiya şöbəsi