“Bakı Enerji Həftəsi” çərçivəsində Azərbaycanda səfərdə olan “Boston Consulting Group”(BCG) şirkətininidarəedicidirektoru vəbaştərəfdaşıPattabi Seşadri SOCAR-ınBakı Ali Neft Məktəbində (BANM)“BCG-nin enerjikeçidi" mövzusundamaster-klas keçib.
Ali Məktəbin professor-müəllim, administrativ heyəti və tələbələrin qatıldığı görüşdə rektor Elmar Qasımov qlobal konsaltinqşirkətinin nümayəndələriniAli Məktəbdə görməkdən məmnunluğunu ifadə edib. Rektor enerji keçidi mövzusunun əhəmiyyətindən bəhs edərək bu master-klasdan faydalı məlumatlar əldə ediləcəyinə əminliyini bildirib.
Pattabi Seşadriçıxışında təmsil etdiyi şirkətinqlobal və yerli səviyyədəenerjikeçidinə yanaşması,BCG-ninməqsədi və müsbət iqtisadi, ətraf mühit və sosial təsirindən danışıb. O, enerji keçidi siyasəti, “yaşıl enerji”dən istifadə, dekarbonizasiya üçün vacib addımlar, bu sahənin inkişafı üçün nəzərdə tutulan işlər, Azərbaycanın mövcud infrastrukturu, potensialı barədə məlumat verib, proqnozlardan bəhs edib, tövsiyələrini verib, sualları cavablandırıb.
Sonda Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov tərəfindən Pattabi Seşadriyə “Fəxri qonaq” plaketi təqdim olunub.