“Yelo Bank” 2022-ci ildə işçilərinin say həddini artırıb.
“İnterfaks-Azərbaycan” agentliyi bankın illik hesabatına istinadən xəbər verir ki, 2022-ci il dekabrın 31-nə “Yelo Bank”da 1 min 41 nəfər (2021-ci ilin sonuna 948 nəfər) çalışıb. Beləliklə, 2022-ci ildə bankın işçilərinin say həddi 9,8% artıb.
“Yelo Bank” Azərbaycanda 1994-cü ildən fəaliyyət göstərir. Bankın əsas səhmdarı Marina Kulişovadır (kapitalda 98,94% paya malikdir).*
R.Əhmədov