Azərbaycan Mərkəzi Bankı (AMB) iyunun 1-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
İyunun 1-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1.816 manat/1EUR səviyyəsində (mayın 31-nə 1.8182 manat/1EUR) müəyyən edilib.
AMB iyunun 1-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0209 manat/1RUB səviyyəsində (mayın 31-nə 0.021 manat/1RUB) müəyyən edib.
İyunun 1-nə manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsi 0.0819 manat/1TRY səviyyəsində (mayın 31-nə 0.0825 manat/1TRY) müəyyən edilib.*
X.Nəsirzadə