İqtisadiyyat naziri Mikayıl Cabbarov və Rumıniyanın energetika naziri Virgil Daniel Popesku Bakıda energetika sahəsində əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, tərəflər iqtisadiyyatın müxtəlif sahələri, o cümlədən energetika sahəsində əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə ediblər.
Cabbarov ölkələrimiz arasında enerji, nəqliyyat-tranzit, sənaye və s. sahələrdə əməkdaşlığın inkişafı üçün böyük imkanların olduğunu qeyd edib.
Popesku ölkəsinin Azərbaycanla əməkdaşlığa önəm verdiyini qeyd edib, birgə iqtisadi layihələrin həyata keçirilməsinin perspektivləri barədə fikirlərini bölüşüb.*
R.Kərimov