“Mastercard” Emil Zeynalovun şirkətin Azərbaycan üzrə ölkə meneceri təyin edildiyini elan edib. O, artıq yeni vəzifəsində fəaliyyətə başlayıb.
Şirkətdən verilən məlumata görə, Emil Zeynalov 2016-2023-cü illərdə Azərbaycanda “Mastercard”ın nümayəndəsi kimi fəaliyyət göstərib.
“Uğurumuzda Emil Zeynalovun töhfələri əvəzolunmazdır. Onun bazarı dərindən anlaması və güclü liderlik bacarıqları böyüməmizə təkan verməklə yanaşı, Azərbaycanda mövcudluğumuzu gücləndirməkdə də mühüm rol oynayıb. Onu yeni Mastercard Azərbaycan üzrə ölkə meneceri vəzifəsində görməyə çox şadıq və onunla komandamızın daha böyük nailiyyətlərə imza atacağından tam əminik”, - deyə “Mastercard”ın Türkiyə və Azərbaycan üzrə baş direktoru Avşar Gürdal bildirib.
““Mastercard” daima bazarda strateji liderliyə və davamlı inkişafa sadiqliyini nümayiş etdirir. Ümid edirəm ki, bu sahədə olan təcrübəm və biliklərim mənə Azərbaycanda innovasiyaların idarə edilməsi, güclü tərəfdaşlıq münasibətlərinin inkişafı və müstəsna ödəniş həllərinin tətbiqində şirkətin səylərinə rəhbərlik etməyə kömək edəcək”, - deyə Emil Zeynalov qeyd edib.*
R.Əhmədov