İrəvanla Bakı arasında sülh müqaviləsinə üçüncü ölkə tərəfindən təminat verilməlidir. Bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.
“Azərbaycanla sülh müqaviləsi imzalandıqdan sonra qarantın olması çox vacibdir. Danışıqların aparıldığı bütün mərkəzlər qarant olmağa hazırdır. Əldə olunmuş razılaşmalara əməl olunmasına nəzarət edəcək qarantın olması vacibdir”, - deyə o, bu gün jurnalistlərə açıqlamasında bildirib.
Simonyanın sözlərinə görə, Aİ, ABŞ və Rusiya Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin qarantı olmağa hazırdır, lakin biz ən güclü mexanizmi seçməliyik”.
“Hesab edirəm ki, bir ölkə qarant olsa, yaxşıdır, amma bunun Rusiya, Fransa, ABŞ və ya Almaniya olacağını bilmirəm”, - deyə spiker qeyd edib.*