Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ümid edir ki, Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyan Moldovada münasibətlərin normallaşdırılması üçün siyasi iradəni təsdiq edəcəklər.
“Bu gün baş tutacaq görüş çox vacibdir. Mənim bir neçə həftə əvvəl Brüsseldə Azərbaycan və Ermənistan liderləri ilə görüşmək imkanım olub. Biz müəyyən irəliləyiş əldə etmişik”, - deyə o, Kişineuda jurnalistlərə bildirib.
“Ümid edirəm ki, bugünkü görüşdə münasibətlərin normallaşdırılması üçün siyasi iradəni təsdiqləyəcəyik”, - deyə Mişel əlavə edib.
Qeyd edək ki, bu gün Avropa Siyasi Birliyinin Moldovada keçirilən Zirvə Toplantısı çərçivəsində Azərbaycan və Ermənistan liderləri, Avropa İttifaqı Şurasının Prezidenti, Almaniya kansleri və Fransa Prezidentinin iştirakı ilə beştərəfli görüş keçiriləcək.*
R.Kərimov