Rusiyanın “Otkrıtıe Bank”ı xarici bank kartları və hesablarına pul köçürmələri üçün ölkələrin siyahısını genişləndirib, indi mobil tətbiq və internet bankçılıqda müştərilər Türkiyə və Azərbaycandakı fiziki şəxslərə də pul göndərə bilərlər.
Azərbaycana pul köçürmək üçün müştəri bank kartının nömrəsini, Türkiyəyə pul köçürmək üçün isə bank hesabının nömrəsini (IBAN) bilməlidir. Bir əməliyyatın maksimum məbləği 15 min rubl təşkil edir. Vəsaitlər milli valyutalarda köçürülür və komissiya tutulmur.
“Biz transsərhəd köçürmələr üçün ölkələrin siyahısına populyar turizm istiqamətlərini — Türkiyə və Azərbaycanı da daxil etmişik. Bu, müştərilərimizin imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək, onların maliyyə əməliyyatlarını sürətləndirəcək və sadələşdirəcək”, - deyə bankın nümayəndəsi Aleksey Perov bildirib.*
R.Əhmədov