Gürcüstan Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını dəstəkləyir. Bunu Gürcüstanınbaş naziri İrakli Qaribaşvili deyib.
“Gürcüstanın mövqeyi və rolu regionumuzda sabitliyin və sülhün möhkəmləndirilməsi kontekstində neytral və qərəzsizdir. Bizim həm Azərbaycan, həm də Ermənistanla çox yaxşı münasibətlərimiz var. (...) Biz Ermənistan və Azərbaycan arasında sülh danışıqlarını dəstəkləyir və inanırıq ki, bu, Gürcüstan, Azərbaycan, Ermənistan və bütün regionun maraqlarına cavab verir”, - deyə o, bu gün Moldovada jurnalistlərə bildirib.*
Xəbərlər şöbəsi