İqtisadiyyat naziri Mikayıl Cabbarov və Böyük Britaniya baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson iqtisadi əməkdaşlıq məsələlərini müzakirə ediblər.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, tərəflər energetika sahəsində reallaşdırılan layihələr, İqtisadiyyat Nazirliyi ilə Britaniyanın Azərbaycanda Ticarət Palatası arasında işçi qrupunun yaradılması, Böyük Britaniya şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələrdə iştirakı məsələləri ətrafında fikir mübadiləsi aparıblar.*