Energetika Nazirliyi “China Gezhouba Group Overseas Investment” şirkəti ilə 2 QVt gücündə bərpa olunan enerji layihələrinin həyata keçirilməsinə dair Anlaşma Memorandumu imzalayıb. Bu barədə energetika naziri Pərviz Şahbazov “Twitter” hesabında yazıb.
Qeyd edək ki, Azərbaycan hökuməti son iki ildə müxtəlif xarici şirkətlərlə ümumi gücü 25 QVt olan bərpa olunan enerji layihələrinin həyata keçirilməsinə dair niyyət memorandumları və digər sənədlər imzalayıb.*
R.Əhmədov