2023-cü il mayın 31-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları $9 milyard 175,7 milyon təşkil edir. Bu barədə AMB-nin saytında dərc olunmuş məlumatda deyilir.
2022-ci ilin sonuna AMB-nin valyuta ehtiyatları $8 milyard 995,7 milyon təşkil edib. “İnterfaks-Azərbaycan” agentliyinin hesablamalarına görə, beləliklə, 2023-cü ilin yanvar-may aylarında Mərkəzi Bankın valyuta ehtiyatları 2% artıb.
Mayda AMB-nin valyuta ehtiyatları 0,15% və ya $13,5 milyon azalıb.
2022-ci ildə Mərkəzi Bankın valyuta ehtiyatları 27,1% artıb.*
A.Əzizov