Azərbaycanda koronavirus infeksiyasına 15 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 831 min 849-a çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 10 yoluxma faktı qeydə alınmışdı.
Son sutka ərzində COVID-19-dan ölüm halı qeydə alınmayıb. Ölənlərin ümumi sayı 10 min 274 nəfər təşkil edir.
Virusa yoluxmuş 821 min 516 nəfər (sutka ərzində +16) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 59 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 936 (ötən gün 1923 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 623 min 270 test aparılıb.*
R.Kərimov