2023-cü il mayın 31-nə Azərbaycanda pul bazasının həcmi 17 milyard 350,5 milyon manat təşkil edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
2022-ci ilin sonuna pul bazasının həcmi 17 milyard 460,3 milyon manat təşkil edib. “İnterfaks-Azərbaycan” agentliyinin hesablamalarına görə, 2023-cü ilin yanvar-may aylarında pul bazası 0,6% azalıb.
Mayda Azərbaycanda pul bazası 259,4 milyon manat və ya 1,5% azalıb.
2022-ci ildə Azərbaycanda pul bazası 2,7% azalıb.*
X.Nəsirzadə