Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında növbəti görüş iyulun 21-də Brüsseldə keçiriləcək. Bu barədə Ermənistan hökumətinin mətbuat xidmətindən bildirilib.
Bu gün Kişineuda Əliyev, Paşinyan, Mişel, Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts arasında beştərəfli formatda keçirilən görüşdə nəqliyyat və iqtisadi infrastrukturun bərpası, sərhədlərin delimitasiyası və sərhəd təhlükəsizliyinin təmin edilməsi ilə bağlı məsələlər müzakirə olunub.*