Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin regional nəqliyyat kommunikasiyalarının açılması məsələsi ilə bağlı görüşü iyunun 2-də Moskvada keçiriləcək. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
“Sabah Moskvada üçtərəfli işçi qrupun regional kommunikasiyaların açılması ilə bağlı görüşü planlaşdırılıb”, - deyə Paşinyan bu gün Moldovada erməni diasporunun nümayəndələri ilə görüşdə bildirib.*