Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan, Fransa prezidentləri, Almaniya kansleri və Avropa İttifaqı Şurasının rəhbəri ilə Kinişeuda keçirilən beştərəfli görüşü faydalı adlandırıb.
“Bugünkü müzakirəni faydalı hesab edirəm. Çox vacib bir detal var. Tərəflər 1975-ci il xəritələrinin Ermənistan və Azərbaycan arasında gələcək delimitasiya işləri üçün əsas kimi götürülməsinə qarşı olmadıqlarını təsdiqləyiblər”, - deyə Paşinyan bu gün Moldovada erməni diasporunun nümayəndələri ilə görüşdə bildirib.
Onun sözlərinə görə, həmçinin regional kommunikasiyaların açılması məsələləri də müzakirə olunub.*