Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev iyunun 1-də Kişineuda Azərbaycan, Ermənistan, Fransa, Almaniya liderləri və Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin görüşünü məhsuldar və müsbət adlandırıb.
“Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Şarl Mişelin köməyi, eləcə də Almaniya və Fransa liderlərinin iştirakı ilə keçirilən üçtərəfli görüş qeyri-rəsmi, müsbət və səmərəli şəraitdə baş tutub. Üçtərəfli formatda növbəti görüşün iyul ayında Brüsseldə keçirilməsi qərara alınıb”, - deyə Hacıyev “Twitter” hesabında yazıb.*
R.Əhmədov